Netanyahu: “Razılaşma olsa da, olmasa da İran nüvə silahı əldə etməyəcək”

Hazırda oxunan: Netanyahu: “Razılaşma olsa da, olmasa da İran nüvə silahı əldə etməyəcək”

630156

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında razılaşmanın əldə olunub-olunmamasından asılı olmayaraq, Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib.

Bizim.Media xəbər verir ki, Netanyahu bu barədə İsrail hökumətinin həftəlik iclasının əvvəlində danışıb.

“İranın nüvə silahı əldə etmək cəhdlərinə qarşı mübarizədə İsrail ilə ABŞ arasındakı tarixi tərəfdaşlığı yüksək qiymətləndirirəm. Bir daha vurğulamaq istəyirəm: razılaşma olsa da, olmasa da, mən baş nazir olduğum müddətdə İranın nüvə silahı olmayacaq”, – deyə Netanyahu bildirib.
 

Baş nazirin sözlərinə görə, son həftələrdə İran region ölkələrinə, hətta regiondan kənardakı dövlətlərə də hücumlar edib. Lakin onun fikrincə, Tehran İsrailə hücum etməkdən çəkinir.


“Çünki İran bilir ki, belə bir addım atacağı təqdirdə İsrail ona nə qədər güclü zərbə endirəcək”, – Netanyahu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin