Kürdə batan 17 yaşlı qızın axtarışları aparılır

Hazırda oxunan: Kürdə batan 17 yaşlı qızın axtarışları aparılır

630188

Samux rayonu, Yenikənd kəndində kanalda bir nəfərin batması ilə bağlı məlumat daxil olub.

Bizim.Media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin