Kipr Avropa bazarına qaz tədarük edən yeni ölkələrdən biri olacaq.
Bizim.Media xəbər verir ki, ölkənin energetika, ticarət və sənaye naziri Kipr qazının Avropa bazarına ilk tədarükünün 2028-ci ilin martında həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Nazirin sözlərinə görə, “Kronos” yatağının işlənməsinə Eni və TotalEnergies şirkətləri başlayacaq. Layihəyə 2 milyard dollar investisiya qoyulması nəzərdə tutulur.
Qaz sualtı boru kəməri ilə Misirə nəql ediləcək, burada mayeləşdirildikdən sonra gəmilərlə Avropaya çatdırılacaq. Nazir bu variantın iqtisadi baxımdan ən məqsədəuyğun olduğunu bildirib.
O, Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyət fonunda Kiprin Avropa üçün alternativ qaz mənbəyinə çevrilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bizim.Media






























































































