SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

Hazırda oxunan: SEPAH komandiri: ABŞ və İsrail İranda məqsədlərinə çata bilmədi

630138

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran üzrə komandanı, briqada generalı Həsən Həsənzadə ABŞ və İsrailin İrana qarşı qarşıdurmada qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, general bu barədə Tehranda SEPAH bölmələrindən birinə səfəri zamanı danışıb.

Həsənzadənin sözlərinə görə, ABŞ və İsrail İrandakı islam quruluşunu devirmək, ölkənin silahlı qüvvələrini zəiflətmək və Tehranın dinc nüvə proqramından imtina etməsinə nail olmaq istəyib. Lakin onun iddiasına görə, bu məqsədlərin heç biri həyata keçirilməyib.

SEPAH komandiri bildirib ki, tərəflər arasında baş verən son silahlı qarşıdurmalar zamanı İran qüvvələri bölgədə ABŞ və İsrailə məxsus obyektlərə cavab zərbələri endirib.

Həsənzadə iyunda baş verən 12 günlük müharibə zamanı Vaşinqtonun İsrailin tələbi ilə atəşkəsə razılaşdığını, daha sonra isə 40 gün davam edən qarşıdurma zamanı ABŞ Prezidenti Donald Trampın İranın həyata keçirdiyi ən azı 100 cavab zərbəsindən sonra birtərəfli atəşkəs elan etdiyini iddia edib.
 

General həmçinin atəşkəsdən sonra ABŞ tərəfindən baş verdiyini bildirdiyi pozuntulara qarşı İran qüvvələrinin cavab tədbirlərini davam etdirdiyini söyləyib.


Həsənzadə İranın əldə etdiyi nəticələri ölkə əhalisinin islam quruluşuna, o cümlədən könüllü “Bəsic” qüvvələrinə verdiyi dəstəklə əlaqələndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin