Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

Hazırda oxunan: Luizianada 9 nəfər bu bakteriyaya yoluxdu - 5-i öldü

630221

ABŞ-ın Luiziana ştatında ilin əvvəlindən Vibrio vulnificus bakteriyasına 9 nəfər yoluxub, onlardan 5-i ölüb. NBC News yazır ki, bakteriya xalq arasında “ət yeyən” bakteriya kimi tanınır.

Bizim.Media xəbər verir ki, Ştatın Səhiyyə Departamenti yoluxma hallarının artması ilə əlaqədar sakinləri ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.

Məlumata görə, bu il qeydə alınan bütün yoluxmalar dəniz suyunun açıq yaralara təması ilə əlaqəli olub. Yoluxan şəxslərin hamısında yanaşı xəstəliklərin olduğu bildirilib.

Müqayisə üçün, son 10 ildə Luizianada eyni dövr ərzində orta hesabla 7 yoluxma və 1 ölüm qeydə alınıb.

 

Vibrio vulnificus bakteriyası təbii şəkildə sahilyanı sularda yaşayır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, suyun temperaturunun yüksəldiyi yay aylarında yoluxma riski artır.

 

Bakteriyaya çiy və ya kifayət qədər bişirilməmiş dəniz məhsullarının istehlakı, həmçinin açıq yaranın dəniz və ya şor su ilə təması nəticəsində yoluxmaq mümkündür.

CDC-yə görə, Vibrio vulnificus infeksiyasına yoluxan təxminən hər 5 nəfərdən biri həyatını itirir.

Mütəxəssislər yaranın dəniz və ya şor su ilə təmasından sonra qızarması, şişməsi, ağrıması, isinməsi və ya rənginin dəyişməsi halında dərhal tibbi yardım almağı tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin