ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI
ABŞ Vitse-prezidenti Cey. Di. Vens cümə günü başlaması gözlənilən ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Ev planların dəyişdirilməsinin səbəbinin logistika olduğunu bildirib.
"Hazırda Vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”,- deyə məlumatda vurğulanır.
Qeyd edək ki, iyunun 19-da İsveçrədə ABŞ və İran nümayəndə heyətlərinin görüşü baş tutmalı idi.
Bizim.Media...