Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı - FOTO
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüşüb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə etdik", - R. Nəbiyev bildirib və əlavə edib ki, beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb:
"Bu təşəb...