Bu gün İran prezidenti Məsud Pezeşkian bildirib ki, İsrail və ABŞ son müharibə dövründə İranı daxildən zəiflətmək və parçalamağa yönəlmiş siyasət yürüdüb.
Bizim.Media xəbər verir ki, Pezeşkian iş adamları ilə görüşdə çıxışı zamanı deyib ki, “İsrail və ABŞ sabitliyin təmin edilməsi ilə məşğul olan təhlükəsizlik strukturlarımızı hədəfə alıb”.
Onun sözlərinə görə, bu qüvvələr vəziyyətdən istifadə edərək ölkə daxilində narazılıq və etirazların artacağını, bunun isə hakimiyyətə təzyiq yaradacağını düşünürdü.
Prezident qeyd edib ki, müxtəlif ölkələrdə qiymət artımları səbəbilə etirazların baş verməsi fonunda oxşar ssenari İran üçün də planlaşdırılmışdı.
Pezeşkianın dediklərinə görə, ictimai dəstək və iş adamlarının fəaliyyəti bu planların həyata keçməsinin qarşısını alıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:45 / 07.05.2026
Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” - VİDEO
Hazırda oxunan: Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” - VİDEO
Hazırda oxunan: Pezeşkian: “Etirazlar üzərindən qurulan plan işə yaramadı” - VİDEO
611797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































