Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Ümerovun qarşısında Vaşinqton nümayəndələri ilə danışıqlarda diplomatik prosesin aktivləşdirilməsi barədə tapşırıq qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
"Əsas vəzifələr müəyyən edildi. Birincisi humanitar istiqamətdir. Ümid edirik ki, əsirlərin azad edilməsinin yeni mərhələsini həyata keçirmək mümkün olacaq. İkincisi diplomatik prosesin aktivləşdirilməsidir", — deyə Zelenski bildirib.
Qeyd edək ki, mayın 7-də Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün Mayamiyə yola düşüb.
Bizim.Media

































































































