Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mahir Rauf oğlu Mehdiyevə məxsus "Alp Delux" şadlıq evində yoxlama keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib.
Şübhəli hallar səbəbi ilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.
Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:41 / 07.05.2026
"Alp Delux" şadlıq evində qonaqlara at əti verilirmiş - FOTO
Hazırda oxunan: "Alp Delux" şadlıq evində qonaqlara at əti verilirmiş - FOTO
Hazırda oxunan: "Alp Delux" şadlıq evində qonaqlara at əti verilirmiş - FOTO
611781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































