Abşeron rayonu ərazisində qəbiristanlığın yaxınlığına atılan azyaşlının atası tapılıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, uşağın atasını görüş üçün sığınacağa dəvət ediblər:
"Uşağın atası bizi sosial media vasitəsiylə tapıb. Onun üçün maraqlı olan əsas məqam ananın tutulub, tutulmadığıdır. Sabah üçün dəvət etmişik. Görək, gələcəkmi. Kimliyi barədə dəqiq məlumatımız yoxdur. İnşallah sabah gəlsə, görüşəcəyik. Bu barədə Sosial Xidmətlər Agentliyinə də məlumat vermişik. Mənim düşüncəmə görə, bu cür insanlar sonradan övladlarının arxasınca sadəcə maraq üçün gəlirlər. Ya da qarşı tərəfi cəzalandırmaq üçün".
Qeyd edək ki, mayın 5-də Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb.
Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:51 / 07.05.2026
Qəbiristanlığa atılan azyaşlının atası tapıldı
Hazırda oxunan: Qəbiristanlığa atılan azyaşlının atası tapıldı
Hazırda oxunan: Qəbiristanlığa atılan azyaşlının atası tapıldı
611784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































