İranın "IRIB News" dövlət televiziyası ilk dəfə olaraq ABŞ-İsrail ilə münaqişə zamanı ölkədəki bir sıra hava limanlarına dəyən ziyanın görüntülərini yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı xəbər verir.
Bildirilir ki, təxminən 40 gün ərzində davam edən döyüşlər zamanı Mehrabad, Məşhəd, Kərəc, Kiş, Əhvaz və Xorramabad hava limanlarına hücum edilib.
İddia edilir ki, zərbələr nəticəsində həm hərbi obyektlərə, eləcə də sərnişin təyyarələrinə ziyan dəyib.
"IRIB News"un məlumatına görə, Məşhəd hava limanında zədələnmiş sərnişin təyyarələrindən birinin dəyəri təxminən 25 milyon dollardır.
Bizim.Media

































































































