Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

Hazırda oxunan: Pezeşkian Müctəba Xamenei ilə görüşdüyünü açıqladı - FOTO

611761

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə bu yaxınlarda görüşdüyünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkianın sözlərinə görə, görüş “səmimi atmosferdə” və qarşılıqlı hörmət şəraitində keçib.
 

“Bu yaxınlarda Ali Rəhbər ayətullah Seyid Müctəba Xamenei ilə görüşdüm. Görüş səmimi atmosferdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”, - deyə İran Prezidenti bildirib.


Məlumata görə, Pezeşkian görüş zamanı Xameneinin yanaşmasını “insani, səmimi və təvazökar” kimi qiymətləndirib.

Qeyd olunur ki, bu, Pezeşkianın Müctəba Xamenei ilə görüşü barədə ilk açıq açıqlamalardan biri kimi diqqət çəkib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin