Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

Hazırda oxunan: Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

611846

Mayın 7-də Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Onun Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşü baş tutub.

"Diplomatik missiyanın rəhbərinə bu yaxınlarda Ermənistanda Avropa İttifaqının himayəsi altında keçirilən tədbirlər çərçivəsində Kiyev nasist rejiminin başçısı V. Zelenskiyə Rusiyaya qarşı terror təhdidləri səsləndirməsi üçün tribuna verilməsinin qətiyyən qəbulolunmaz olduğu bildirilib.
 

Vurğulanıb ki, Moskva bununla bağlı haqlı qəzəb hissi keçirir və rəsmi İrəvan tərəfindən sözügedən ziyarətçinin bu cür biabırçı davranışına lazımi mənfi qiymətin verilməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğun olmayan addım hesab edir.


Səfir Rusiya tərəfinin təqdim etdiyi etiraz barədə İrəvana məruzə edəcəyinə söz verib", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin