Missisipi ştatında silsilə tornadolar olub: xəsarət alanlar var

Hazırda oxunan: Missisipi ştatında silsilə tornadolar olub: xəsarət alanlar var

611823

ABŞ-ın Missisipi ştatında baş verən silsilə tornadolar nəticəsində azı 17 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Mayın ayının 5-dən Missisipidə azı 14 tornado qeydə alınıb. Pis hava şəraiti səbəbindən minlərlə tikiliyə ziyan dəyib, aşan dağıntılar isə elektrik xətlərini sıradan çıxarıb. Nəticədə 19 minə yaxın insan işıqsız qalıb.

"Azı 17 nəfər xəsarət alıb, onlardan 12-si Linkoln dairəsindəki Bouq-Çitto  treyler parkından xəstəxanaya çatdırılıb", - məlumatda qeyd olunub.

Xəbərdə bildirilib ki, mayın 3-dən 9-na qədər Missisipidə qasırğalara hazırlıq həftəsi elan edilmişdi. Qasırğaların əsas mövsümü ştatda iyul ayından başlayır və payızın sonuna qədər davam edir.

Missisipi ABŞ-nin cənub-şərqində tornadoların yüksək riskli bölgəsinə daxildir. Ştatda hər il orta hesabla 30-dan 35-ə qədər tornado qeydə alınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin