SON DƏQİQƏ: Rusiya mayın 8-dən 10-dək ATƏŞKƏS elan etdi

Hazırda oxunan: SON DƏQİQƏ: Rusiya mayın 8-dən 10-dək ATƏŞKƏS elan etdi

611826

Xüsusi hərbi əməliyyat zonasındakı Rusiya qoşunlarının bütün qruplaşmaları atəşkəs elan olunması ilə əlaqədar 8-10 may tarixlərində döyüş əməliyyatlarını dayandıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

Həmçinin nazirliyin məlumatında qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin dislokasiya yerlərinə, hərbi-sənaye kompleksi və silahlı qüvvələrlə bağlı Ukrayna ərazisinin dərinliyindəki infrastruktur obyektlərinə raket qoşunları və artilleriya, dəniz və hava bazalı uzaqmənzilli yüksək dəqiqlikli silahlar, həmçinin zərbə pilotsuz uçuş aparatları ilə zərbələrin endirilməsi dayandırılır.


Rusiya 9 May - Qələbə Günü ilə əlaqədar olaraq 8 və 9 may 2026-cı il tarixlərində birtərəfli atəşkəs elan etmişdi. Müvafiq qərarı prezident Vladimir Putin açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın təklifini rəsmən qəbul etməyib, əvəzində o, mayın 5-6-sında özünün "sükut rejimi"ni elan etmişdi.

Faktiki olaraq, atəşkəs haqqında vahid razılaşma yoxdur. Rusiya tərəfi 9 mayda keçiriləcək bayram tədbirlərini pozmaq cəhdləri olacağı təqdirdə Kiyevə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin