İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

Hazırda oxunan: İran vurulan “Yaxın Şərqin ən hündür körpüsü”nün bərpasına başladı – VİDEO

611762

İranın Kərəc şəhərində yerləşən və “Yaxın Şərqin ən hündür körpüsü” kimi tanınan B1 körpüsünün yenidənqurulmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, Nəqliyyatın İnkişafı və Tikinti Şirkətinin baş direktoru bildirib ki, ABŞ və İsrailin hücumu nəticəsində dağıdılan körpünün bərpasının birinci mərhələsi çərçivəsində dağıntıların təmizlənməsi işləri həyata keçirilir və bu prosesin təxminən bir həftə davam edəcəyi gözlənilir.

Onun sözlərinə görə, körpünün yenidən qurulması bir ildən az vaxt aparacaq. Məlumata əsasən, layihənin dəyəri təxminən 3,7 trilyon tümən (61,7 milyon dollar) olaraq dəyərləndirilir.

Qeyd edək ki, aprelin 2-də Kərəc şəhərində B1 körpüsü hücuma məruz qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin