2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi U-20 dünya çempionatına hazırlıq məqsədilə yığma komandamız tezliklə daha bir təlim-məşq toplanışı keçirəcək.
Bizim.Media xəbər verir ki, komandanın baş məşqçisi Rui Jorje komandanı may ayının sonlarında toplayacaq və hazırlıq iyunun əvvəlinə qədər davam edəcək.
Aprel ayında olduğu kimi, toplanış yenidən Qəbələdə baş tutacaq.
Bu müddət ərzində portuqaliyalı məşqçinin rəhbərlik etdiyi kollektiv bir və ya iki yoldaşlıq oyunu keçirəcək. AFFA isə hazırda U-20 yığma komandamıza yerli və xarici rəqib axtarır.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:01 / 07.05.2026
Millimiz Qəbələdə toplanış keçəcək
Hazırda oxunan: Millimiz Qəbələdə toplanış keçəcək
Hazırda oxunan: Millimiz Qəbələdə toplanış keçəcək
611825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































