Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO

Hazırda oxunan: Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO

611827

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib.
 

Prokuror Rauf Salmanzadə və Tural Eyvazovun hər birinin ayrı-ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə prosesi mayın 12-nə saat 14:00-a təyin olunub.


Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2025-ci il fevralın 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı kişiyə qarşı quldurluq hadisəsi törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.
 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.


Nəticədə quldurluq əməlini törətməkdə şübhəli bilinən Rauf Salmanzadə və Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin