Gündə neçə saat yatmaq lazımdır?

Hazırda oxunan: Gündə neçə saat yatmaq lazımdır?

611792

Gündə 7–9 saat yatmaq sağlamlıq üçün optimal hesab olunur.

Bizim.Media xəbər verir ki, “National Sleep Foundation” tərəfindən yayımlanan tövsiyələrə əsasən, 18–64 yaş aralığında olan insanların hər gün orta hesabla 7–9 saat yatması məsləhət görülür.

Bu müddət orqanizmin bərpası, beyin fəaliyyətinin tənzimlənməsi və ümumi sağlamlığın qorunması üçün vacib sayılır.
 

Məlumata görə, 6 saatdan az yuxu ürək-damar xəstəlikləri, stress və hormonal pozuntular riskini artırır.Eyni zamanda, normadan artıq – 9–10 saatdan çox yatmaq da halsızlıq və maddələr mübadiləsi ilə bağlı problemlərə səbəb ola bilər.


Mütəxəssislər bildirir ki, yalnız yuxunun müddəti deyil, keyfiyyəti də önəmlidir. Eyni saatda yatmaq, gecə rejimini qorumaq və ekranlardan uzaq durmaq daha sağlam yuxu üçün əsas şərtlər hesab olunur.

Qeyd olunur ki, düzgün yuxu rejimi immun sistemini gücləndirir, yaddaşı yaxşılaşdırır və gün ərzində enerji səviyyəsinin yüksək qalmasına kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin