Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtda yataqxanada yanğın: 12 nəfər təxliyə edildi - FOTO/VİDEO

611813

Sumqayıtda yataqxana binasında yanğın olub.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana binasında qeydə alınıb.
 

İlkin məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Təhlükəsizlik məqsədilə 12 nəfər təxliyə edilib.


Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin