ABŞ Dövlət katibi Marko Rubio bu gün Roma Papası XIV Leo ilə görüşərək Yaxın Şərqdəki vəziyyəti və Qərb yarımkürəsində qarşılıqlı maraq doğuran mövzuları müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqqonun məlumatında deyilir.
"Görüş Amerika Birləşmiş Ştatları ilə Müqəddəs Taxt-tac arasındakı güclü münasibətləri, eləcə də onların sülhün və insan ləyaqətinin möhkəmləndirilməsi işinə sadiqliyini vurğulayıb", - deyə məlumatda qeyd olunur.
Rubio həmçinin Vatikanda Müqəddəs Taxt-tacın dövlət katibi, kardinal Pietro Parolin ilə görüşərək qarşılıqlı əməkdaşlıq məsələlərini və aktual beynəlxalq problemləri müzakirə edib.
Bizim.Media



































































































