“CBC Sport” telekanalı mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ qarşılaşmasını yayımlamamasının səbəblərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə kanal rəsmi bəyanatında məlumat verib.
Bildirilib ki, matçın yayımı texniki səbəblərdən mümkün olmayıb:
“Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb.
Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb”.
Bəyanatda bütün futbolsevərlərdən üzr istənilib:
“Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyəti tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.
Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk”.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
İdman
14:28 / 07.05.2026
CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT
Hazırda oxunan: CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT
Hazırda oxunan: CBC Sport futbol azarkeşlərindən üzr istədi - BƏYANAT
611750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































