Bakıda yeni inşa olunan çoxmərtəbəli binaların əksərinin tikintisi səhərə qədər davam olunur.
Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, xüsusən ağırtonnajlı avtomobillərin gecə saatlarında tikinti ərazilərində çalışması vətəndaşları narahat edir.
Sakinlər bildirirlər ki, səs-küydən yata bilmirlər.
"Mən evdəki adi səsdən əsəbiləşən adamam. Belə səslərə isə dayanmaq olmaz. Gərək başını götürüb qaçasan", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.
Tikinti şirkətləri isə bildirir ki, bu problem yük maşınlarının şəhər ərazisinə gündüz saatlarında girməsinə icazə verilmədiyindən yaranır.
"Məcburuq ki, daşınma, beton işlərini gecə saatlarında həyata keçirək. Elə olur ki, bu işlər səhər saat 6-ya kimi davam edir", - texniki nəzarətçi Namiq Rəsulov açıqlamasında deyib.
Bizim.Media









































































































