Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

Hazırda oxunan: Gəmidə yayılan virusla bağlı ÜST-dən açıqlama

611811

Sağlamlıq tədbirləri həyata keçirilsə və bütün ölkələr arasında həmrəylik nümayiş etdirilsə, kruiz gəmisində yayılan hantavirus epidemiyasının məhdud miqyasda qalacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
 

ÜST-nin məlumatına görə, kruiz gəmisində hantavirusa yoluxma hadisəsi nəticəsində ümumilikdə 3 nəfər ölüb, 8 yoluxma qeydə alınıb, onlardan 5-i laborator analizlə təsdiqlənib.


Bildirilir ki, təxminən 150 sərnişinin olduğu kruiz gəmisi İspaniyanın Kanar adalarına doğru hərəkət edir. Sərnişinlər kabinələrində izolyasiya olunmuş vəziyyətdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin