Muaddibin “Qarabağ”a KEÇƏCƏK

Hazırda oxunan: Muaddibin “Qarabağ”a KEÇƏCƏK

611769

“Omoniya” Jali Muaddibin “Qarabağ”a keçidi ilə barışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilir ki, fransalı vingerin mövsümün sonunda Azərbaycan klubu ilə müqavilə imzalayacağı dəqiqdir.

Tərəflərin keçidin bütün detallarında anlaşdığı vurğulanıb. 25 yaşlı sol cinah oyunçusunun “Omoniya” ilə müqavilə müddəti mayın sonuna qədər olduğundan, Muaddib “Qarabağ”a azad agent kimi keçəcək.

Qeyd edək ki, Jali Muaddib “Omoniya”ya ötən ilin yayında Rumıniya klubu “Botoşani”dən keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin