Qızını qorumaq üçün kürəkənini qətlə yetirdi – Qandonduran AİLƏ DRAMIFOTO

Hazırda oxunan: Qızını qorumaq üçün kürəkənini qətlə yetirdi – Qandonduran AİLƏ DRAMIFOTO

611755

Türkiyənin İstanbul şəhərində bir qadın qızına xəsarət yetirən kürəkənini qətlə yetirib.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə Çeliktepe məhəlləsində baş verib.

İddiaya görə, barəsində uzaqlaşdırma qərarı olduğu bildirilən Rüzgar Eser boşanma mərhələsində olduğu həyat yoldaşı Nurşin E.-nin yaşadığı evə gəlib. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə şiddətlənib.

Məlumata görə, Rüzgar Eser yanında olan qeydiyyatsız silahla həyat yoldaşına atəş açıb. Nəticədə qadın boyun, yanaq və çənə nahiyəsindən ağır yaralanıb.

Bundan sonra Eserin evdə olan baldızı və qayınanasına da zorakılıq göstərdiyi bildirilib. Mübahisənin böyüməsi zamanı qayınana mətbəxdən götürdüyü bıçaqla ona sinə nahiyəsindən xəsarət yetirib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Rüzgar Eserin həyatını itirdiyini müəyyən ediblər. Ağır yaralanan Nurşin E. isə ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb.

Polisin hadisə yerində apardığı araşdırma zamanı hücumda istifadə edildiyi ehtimal olunan qeydiyyatsız tapança aşkar edilib.

Araşdırmalar nəticəsində daha əvvəl Rüzgar Eserin “təhdid”, “təhqir” və “əmlaka zərər vurma”, Nurşin E.-nin isə “təhdid” və “təhqir” maddələri üzrə istintaqa cəlb olunduğu müəyyən edilib.

Cütlüyün 4 yaşlı qız övladı var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin