Sertifikasiyada iştirak edən müəllimlərin DİQQƏTİNƏ – Sabahdan etibarən...
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.
Bu barədə Bizim.Media-ya MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, test imtahanında 3548 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.
Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilər...