"Əli Mirəliyevin danışıqlarını müzakirə etməyə nə həvəsim, nə də vaxtım yoxdur"

Hazırda oxunan: "Əli Mirəliyevin danışıqlarını müzakirə etməyə nə həvəsim, nə də vaxtım yoxdur"

98377
Əməkdar artist Baloğlan Əşrəfov tanınmış müğənni Əli Mirəliyevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib

Əşrəfov həmkarına ölkə.az vasitəsilə cavab verib:

"Əli Mirəliyevin danışıqlarını müzakirə etməyə nə həvəsim, nə də vaxtım yoxdur. Əlinin qabağında imkanlar var, getsin oxusun, tanınsın. Sovet hökumətinin vaxtında o qədər axmaq işlər olub ki. İndi o axmaq işləri müzakirə edən deyiləm. Əlidir də, Allah onun canını sağ eləsin, nə istəyir desin. Mən ilk dəfə dövlət televiziyasına 1971-ci ildə çıxmışam. Həmin il "Turac təranələri" radio müsabiqəsinin də qalibi olmuşdum. 1974-cü ildə isə Azərbaycan üzrə mahnı müsabiqəsinin qalibi olub, əfsanəvi Şövkət Ələkbərovanın əlindən diplom almışam. Əli getsin arxivi axtarsın. Məmmədbağır kimi böyük sənətkarı, xalq artisti Ağadadaş Ağayevi ara oxuyanı adlandırır, adını çəkir. Hə, nə olsun? Kimin əvvəli, kimin axırı. Həyatda o qədər şeylər baş verə bilər ki. 80-ci illərdə məni nəinki Azərbaycan, bütün Türk dünyası tanıyırdı"

Qeyd edək ki, Əli Mirəliyev ölkə.az-a müsahibəsində Ağadadaş Ağayev, Məmmədbağır Bağırzadə və Baloğlan Əşrəfovu ara oxuyanları adlandırmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin