İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

Hazırda oxunan: İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

623915

Qərb bölgəsində qeyri-sabit hava şəraiti dağıntı və tələbatla nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ildırım çaxması, güclü külək və leysan yağışları Tovuzun bir neçə kəndində böyük fəsadlar törədib.

Rayonun Bayramlı kəndində vətəndaşa məxsus şəxsi təsərrüfatda ildırım iki iribuynuzlu heyvanı vuraraq tələf edib, güclü külək və yağış təsərrüfata ciddi ziyan vurub.

Qeyri-sabit hava Şəmkirin Sabirkənd kəndinə ciddi ziyan vurub. Uzun müddət davam edən güclü külək istixanalara və fermaları dağıdıb, bir neçə evin dam örtüyü və dəmir konstruksiyalı hasarları aşırıb.
 

Güclü leysan yağışları nəticəsində ərazidə sel suları yaranıb, arxlar daşıb. Sel sularının evlərə dolması ilə bir neçə sakinin ev quşlarını sel aparıb.


Hazırda bölgədə yağışla müşayiət olunan hava davam edir.
















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin