Gəncə şəhərində 38 yaşlı kişi naməlum şəraitdə kəsici-deşici alətlə xəsarət alıb.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
1988-ci il təvəllüdlü Həsən adlı şəxs bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Xəsarət alan şəxs dərhal əməliyyat olunub və ona ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu




































































































