Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda ad və soyadını dəyişənlərin sayı AÇIQLANDI – İllər üzrə STATİSTİKA

623807

Azərbaycanda ad, soyad və ya ata adını dəyişənlərin sayı ilə bağlı son statistika məlum olub.

Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildən bu günədək ümumilikdə 9095 nəfər adını, soyadını və ya ata adını dəyişdirib.

Məlumata görə, bu say 2023-cü ildə 2492, 2024-cü ildə 2667, 2025-ci ildə 2723, 2026-cı ilin ilk 6 ayı ərzində isə 1213 nəfər təşkil edib.

Qeyd edilib ki, ad və soyad dəyişiklikləri üzrə ən çox rast gəlinən səbəblərlə bağlı statistika mövcud deyil.

Məlumata görə, vətəndaşlar adlarını, soyadlarını və ya ata adlarını ən çox onların pis səsləndiyini düşündükləri və ya şəxsi istəklərinə görə dəyişdirirlər. Bundan başqa, ər-arvadın eyni soyadı daşımaq istəyi, şəxsi böyüdən şəxsin soyadını qəbul etmək, övladlığa götürmə rəsmiləşdirilmədikdə atalığın adı ilə ata adı daşımaq arzusu və digər səbəblər də ad, soyad və ata adının dəyişdirilməsi üçün əsas sayılır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin