İyulun 8-də Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq.
Bizim.Media xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10/6 kV-luq "Səmədabad" yarımstansiyasından çıxan 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri görüləcək.
Buna görə də sabah saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.
Həmçinin Cəlilabad EŞ ərazisində yerləşən 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərinə elektrik verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media






































































































