Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ - VİDEO

Hazırda oxunan: Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ - VİDEO

623864

Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski iyulun 7-də NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda çıxış edərkən bildirib.

V.Zelenskinin sözlərinə görə, bu gün Ukrayna "dünyanın ən böyük dron potensialına" malikdir və tərəfdaşlarına "Drone Deal" təşəbbüsü vasitəsilə əməkdaşlığı inkişaf etdirməyi təklif edir.

O qeyd edib ki, təşəbbüs yalnız pilotsuz uçuş aparatlarının alınmasını deyil, həm də birgə istehsalı, texnologiyaların sürətli tətbiqini, kritik infrastrukturun mühafizəsini və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutur:

"Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə, hər bir şirkətə təşəkkür etmək istəyirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin