Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

Hazırda oxunan: Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

623970

Azərbaycanda yanvar-iyun aylarında yararlıq müddəti bitmiş, saxlanma şərtlərinə riayət edilməyən və dövlət qeydiyyatı olmayan 157 adda, ümumilikdə 418 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə aparılan nəzarət tədbirləri çərçivəsində 107 əczaçılıq müəssisəsində ciddi nöqsanlar aşkarlanıb.

Nöqsanlara yol verən müəssisə sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin