Ötən gecə Rusiya ordusu Kiyevə növbəti dəfə ballistik raketlərlə hücum edib. Nəticədə şəhərdə genişmiqyaslı yanğınlar baş verib, mülki şəxslər arasında itkilər var.
Bizim.Media xəbər verir ki, hücum nəticəsində bir qadın həlak olub, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHN) məlumatına görə, paytaxtın Svyatoşinski rayonunda inzibati bina, anbarlar və qaraj kooperativi alovlanıb. Həmçinin, ərazidə olan "Pesa" markalı polyak tramvaylarına ciddi ziyan dəyib. Desnyanski rayonunda isə anbarlara zərbələr endirilib.
Ukrayna Hərbi Hava Qüvvələri gecə ərzində Rusiyanın 5 ballistik raket buraxdığını açıqlayıb. Məlumata görə, həmin raketlərin heç birini zərərsizləşdirmək mümkün olmayıb.
Bizim.Media



































































































