Bakıda baş vermiş yanğın söndürülüb.
Bizim.Media xəbər verir ki, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində quru otluq sahədə qeydə alınıb.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Bizim.Media







































































































