Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Hazırda oxunan: Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

623935

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ABŞ Prezidenti Donald Trampla İran məsələsində bəzi fikir ayrılıqları olsa da, əsas aspektlərdə hər iki tərəf vahid mövqedən çıxış edir.

Bizim.Media xəbər verir ki, bu barədə o, “CNN" telekanalına müsahibəsində deyib.

Netanyahu qeyd edib ki, Vaşinqtonla Tehran arasında müvəqqəti sülh sazişinin imzalanmasından sonra hadisələrin necə inkişaf edəcəyi barədə danışmaq hələ tezdir.

"Prezident hesab edir ki, İranın nüvə proqramını dayandıra biləcək", — deyən İsrailin baş naziri, özünün buna şübhə ilə yanaşdığını əlavə edib.

"Başlıqca məsələlərdə biz dünyaya eyni gözlə baxırıq, bəzən isə fikirlərimiz fərqli olur, lakin biz əsl müttəfiq olaraq qalırıq", — deyə Netanyahu vurğulayıb.
 

ABŞ-nin Türkiyəyə beşinci nəsil F-35 qırıcılarını sata biləcəyi ehtimalını şərh edən İsrailin baş naziri bildirib ki, belə bir addım Yaxın Şərqdəki qüvvələr nisbətini "alt-üst edəcək".


"Bu, Yaxın Şərqdəki güc balansını pozacaq, çünki mən hesab edirəm ki, Türkiyənin təcavüzkar niyyətləri var. Siz ona belə bir güc verdiyiniz zaman, bunun ardınca təcavüz gələcək", - deyə Netanyahu iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin