Türkiyənin ev sahibliyi etdiyi NATO-nun Ankara sammitində Çexiya rəhbərliyindəki dərin siyasi parçalanma diqqət çəkib.
Bizim.Media xəbər verir ki, bütün üzv ölkələrin vahid nümayəndə heyəti ilə qatıldığı 36-cı NATO sammitinə Çexiya iki ayrı lider və iki fərqli dövlət təyyarəsi ilə gəlib.
Beləcə, ölkəni zirvədə kimin təmsil edəcəyinə dair Baş nazir Andrey Babiş (Andrej Babis) ilə Prezident Petr Pavel arasında yaşanan səlahiyyət böhranı NATO platformasına da daşınıb.
Ankaranın Esenboğa Hava Limanında nadir diplomatik mənzərə qeydə alınıb. İlk olaraq eniş edən Baş nazir Andrey Babişi Türkiyənin Ticarət naziri Ömer Bolat, bir az sonra ikinci təyyarə ilə gələn Prezident Petr Paveli isə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy qarşılayıb.
Bu protokol böhranının arxasında Praqada aylardır davam edən səlahiyyət davası dayanır.
Baş nazir Babiş sammitin nümayəndə heyəti siyahısından prezidentin adını tamamilə sildirib. Keçmiş general olan Prezident Pavel isə məsələni ölkənin Konstitusiya Məhkəməsinə daşıyıb. Məhkəmənin verdiyi təcili qərar sayəsində Pavelin Ankaradakı zirvəyə qatılması hüquqi olaraq təmin edilib.
İki lider arasındakı gərginlik NATO-nun ənənəvi "ailə fotosu" çəkilişində də özünü büruzə verib. Pavel və Babiş yan-yana gəlməkdən qaçaraq podyumun bir-birindən ən uzaq künclərində dayanıblar.


Bizim.Media

- A-
- A
- A+
Dünya
08:34 / 08.07.2026
Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar
Hazırda oxunan: Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar
Hazırda oxunan: Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar
623943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































