ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

Hazırda oxunan: ADY yarımildə sərnişin daşınmasını 18 % ARTIRIB

623966

Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilə Abşeron dairəvi dəmir yolu və rayonlararası marşrutlarla 5 milyon 464 min 009 sərnişin daşınıb.

Bu barədə Bizim.Media-ya ADY-dən məlumat verilib.
 

Bu, 2025-ci ilin ilk yarısı ilə müqayisədə 18 % çoxdur. Bu ilin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox (+17 %), rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin (+17 %) səfər edib.


Təkcə iyun ayında isə ADY qatarları ilə 950 min 287 sərnişin daşınıb ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 24 % çoxdur.

Eyni zamanda, may ayında yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin