Ağdərədə fəhlələri daşıyan mikroavtobus dərəyə aşıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Mikroavtobusun şirkətlərdən birində çalışan işçiləri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media




































































































