Ərdoğanın iqamətgahı İslandiya Baş nazirini heyran etdi –FOTO/VİDEO

Hazırda oxunan: Ərdoğanın iqamətgahı İslandiya Baş nazirini heyran etdi –FOTO/VİDEO

623990

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident iqamətgahında təşkil olunan rəsmi qəbul maraqlı anlarla yadda qalıb.

Bizim.Media xəbər verir ki, tədbirə qatılan İslandiyanın 38 yaşlı Baş naziri Kristrun Frostadottirin iqamətgaha daxil olarkən ətrafa heyranlıqla baxması diqqətlərdən yayınmayıb.
 

Avtomobildən düşən Baş nazir iqamətgahı diqqətlə incələyib və maraqla ətrafa baxıb. Onun iqamətgaha girişi zamanı qeydə alınan görüntüləri qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub və sammitin ən çox danışılan anlarından birinə çevrilib.


Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ev sahibliyi etdiyi sammitdə NATO üzvü olan ölkələrin liderləri, həmçinin AP4 (Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya) ölkələrinin rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, liderlərin ənənəvi ailə fotosu çəkildiyi zaman Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp da Prezident Ərdoğanla eyni sırada dayanıblar.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin