Ankarada NATO sammitinin ikinci günü: Liderlərin masasında 4 kritik mövzu var

Hazırda oxunan: Ankarada NATO sammitinin ikinci günü: Liderlərin masasında 4 kritik mövzu var

623992

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin ikinci günündə liderlərin iştirakı ilə rəsmi görüşlərə start verilir.

Bizim.Media xəbər verir ki, zirvənin yekun nəticələrini müəyyənləşdirəcək toplantılarda aşağıdakı 4 əsas məsələ müzakirə olunacaq:

Müdafiə xərcləri: 2025-ci il Haaqa Zirvəsində müəyyən olunan, müdafiə xərclərinin ÜDM-in 5%-inə çatdırılması hədəfi istiqamətində irəliləyişlər qiymətləndiriləcək. Məlumata görə, Estoniya, Latviya, Litva və Polşa artıq bu hədəfi keçib, Türkiyənin müdafiə xərcləri isə 2,33%-dən 3,8%-ə yüksəlib.

Müdafiə investisiyaları: İstehsal gücünün artırılması, infrastrukturun gücləndirilməsi, innovativ texnologiyalar və birgə təchizat mexanizmlərinin yaradılması əsas prioritetlər arasındadır. Son 10 ildə NATO-nun Avropa üzvləri və Kanada müdafiəyə 1,2 trilyon dollar xərcləyib.
 

NATO 3.0 vizyonu: ABŞ-ın Avropanın təhlükəsizliyini artıq təkbaşına öhdəsinə götürməyəcəyi şəraitdə, Avropalı müttəfiqlərin daha çox məsuliyyət daşıdığı yeni bir struktur formalaşdırılır. Bu vizyon "Daha güclü NATO-da daha güclü bir Avropa" prinsipini əsas tutur.


Ukraynaya dəstək: Zirvədə Ukraynaya zəruri olduğu müddətcə dəstək veriləcəyi mesajının təsdiqlənməsi və 2026-2027-ci illər üçün ümumilikdə 70 milyard avroluq hərbi dəstək öhdəliyinin ortaq bəyannamədə yer alması gözlənilir.

Digər mühüm detallar:

ABŞ Prezidenti Trampın mövqeyi: Prezident Ərdoğanla dostluğuna görə zirvəyə qatıldığını bildirən Donald Trampın Avropa ölkələrini tənqid etməsi və ABŞ əsgərlərinin Avropadan çəkilə biləcəyi barədə bəyanatları gündəmdə gərginlik yaradır.

Ortaq bəyannamə: Zirvə sonunda qəbul ediləcək qısa bəyannamədə Rusiya "uzunmüddətli təhdid" kimi vurğulanacaq, Türkiyənin tələbi ilə "terrorizmin NATO üçün davamlı təhdid olduğu" ifadəsi yer alacaq. Həmçinin, İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə xəbərdarlıq qeyd ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin