Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak edən Fransa Prezidenti Emmanuel Makron ənənəsinə sadiq qalıb.
Bizim.Media xəbər verir ki, rəsmi proqramdan əvvəl səhər saatlarında oteldən çıxan Fransa lideri İran küçəsi istiqamətində qaçışa başlayıb. Makronun marşrutu Seğmenler Parkına qədər davam edib.
Fransa Prezidentinin təhlükəsizliyini təmin etmək üçün bölgədə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb. Bu səbəbdən Seğmenler Parkı müvəqqəti olaraq vətəndaşların girişinə bağlanıb. İdmanını yekunlaşdıran Makron daha sonra NATO Zirvəsi çərçivəsində rəsmi proqramına qatılmaq üçün ərazidən ayrılıb.
Xatırladaq ki, Fransa Prezidenti 36-cı NATO Zirvəsinə qatılmaq üçün iyulun 7-də Ankaraya gəlib. O, Esenboğa hava limanında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Vedat İşxan tərəfindən qarşılanıb, daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanın liderlər və onların həyat yoldaşları üçün verdiyi rəsmi qəbulda iştirak edib.



Bizim.Media































































































