Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun Ankaradakı Prezident İqamətgahına "Toyota Land Cruiser" avtomobili ilə gəlib.
Bizim.Media xəbər verir ki, Fransa liderinin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə də, Makronun Suriyadan Türkiyəyə gəlməsina bəzi istifadəçilər zarafatla yanaşıblar.
Bir çox istifadəçi tərəfindən "deyəsən, Makron avtomobili Suriyadan gələndə İŞİD-dən alıb", "Makron, "Toyota Land Cruiser"i İŞİD-dən aldın?" kimi şərhlər yazılıb.
Lakin Türkiyə mətbuatının yazdığına görə, sözügedən “Toyota” Fransanın Türkiyədəki səfiri üçün təsis edilmiş xidməti avtomobildir.
Xatırladaq ki, İŞİD-in aktiv olduğu dövrlərdə Fransanın terror qruplaşmasına gizli dəstək verməsi ilə bağlı faktlar dəfələrlə dünya mediasında işıqlandırılıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:49 / 08.07.2026
Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO
Hazırda oxunan: Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO
Hazırda oxunan: Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO
623979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































