Ukraynanın müharibədəki dönüş nöqtəsindən faydalanması üçün cəmi 6-9 ay vaxtı var.
Bu barədə Ankarada keçirilən NATO sammitində yüksək vəzifəli Alyans nümayəndəsi bəyan edib.
Bizim.Media xəbər verir ki, Alyans rəsmisi Ukraynanın indiyədək itirdiyindən daha çox ərazini geri qaytardığını, müharibəni Rusiyanın dərinliklərinə keçirərək düşməni müdafiə olunmağa məcbur etdiyini vurğulayıb.
Lakin o, Rusiyanın yeni müharibə şəraitinə sürətlə uyğunlaşdığını xüsusi qeyd edib:
"Rusiya döyüş taktikasını bizim kimi sürətlə öyrənir. Qeyd olunan 6-9 aylıq müddət düşmənin öz taktiki və texniki imkanlarını adaptasiya etməsini göstərən bir vaxtdır", - deyə rəsmi şəxs bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:57 / 08.07.2026
Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır
Hazırda oxunan: Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır
Hazırda oxunan: Ukraynanın 6-9 ayı qalıb: Müharibədə həlledici dövr başlayır
623963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































