Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Hazırda oxunan: Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

623933

Müğənni Rianna sevgilisi A$AP Rocky ilə görüntülənərkən əynində geniş libas olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Just Jared" nəşri məlumat yayıb.
 

38 yaşlı müğənni ictimaiyyət qarşısına göy-ağ zolaqlı, geniş maksi donla çıxıb. Onun bu görünüşünü iri qızıl bilərziklər, sırğalar və qırmızı rəngli dəri çanta tamamlayıb. Saçlarını açıq qoyan sənətçi gözlərinə tünd qara sürmə çəkərək gecə makiyajına üstünlük verib.


Müğənni sevgilisi A$AP Rocky ilə birlikdə Nyu-Yorkdakı "Four Seasons" otelindən çıxarkən obyektivlərə tuş gəlib.

Geyindiyi bu libasa görə Riannanın dördüncü dəfə hamilə olduğu iddia edilib və bu barədə şərhlərdə geniş yazılıb.

Saytın oxucuları "O, yenə hamilədir?", "Riannanın tezliklə daha bir uşağı olacaq?" kimi şərhlər qeyd ediblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin