Müharibə yenidən ALOVLANIR – ABŞ İran şəhərlərini bombaladı – VİDEO

Hazırda oxunan: Müharibə yenidən ALOVLANIR – ABŞ İran şəhərlərini bombaladı – VİDEO

623938

ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Məlumata görə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub.

Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir.

İran KİV-in yazdığına görə, Qeşm adası və Sirik liman şəhəri yaxınlığında bir neçə partlayış baş verib.

İran isə öz növbəsində ABŞ-nin ölkəyə endirdiyi zərbələrin İslamabad Anlaşma Memorandumunun müddəalarını pozduğunu bəyan edib.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “Fars” agentliyinə açıqlamasında bildirib ki, ABŞ-nin İrana hücumu memorandumun birinci və ikinci bəndlərinin kobud şəkildə pozulmasıdır. Qəribabadi, həmçinin Vaşinqtonun son üç həftə ərzində sənədin şərtlərini dəfələrlə pozduğunu iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin