ABŞ-də Manhettenin mərkəzində 38 mərtəbəli ofis binasının bir neçə mərtəbəsinin əyilməyə başlaması səbəbindən bir neçə qonşu bina təxliyə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "ABC7" telekanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, əvvəllər "Pfizer" əczaçılıq şirkətinin baş qərargahı olmuş binanın hazırda yaşayış sahəsinə çevrilməsi üçün yenidənqurma işləri aparılır.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, təmir işləri səbəbindən yaranan ağırlıq nəticəsində binanın 21-ci mərtəbəsindən 26-cı mərtəbəsinə qədər olan hissəsi aşağıya doğru əyilməyə başlayıb.
Nyu-York meri Zohran Mamdaninin sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alan olmayıb, ofis binası tamamilə boşaldılıb. Bundan əlavə, insanlar ətrafdakı digər hündürmərtəbəli binalardan, eləcə də təxminən 400 uşağın təhsil aldığı yaxınlıqdakı məktəbdən təhlükəsiz yerə təxliyə edilib.
Bizim.Media







































































































