Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan XİN bəyanat yayıb.
"Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk", -deyə bəyanatda qeyd edilib.
Qeyd edək ki, noyabrın 9-da saat 11:30 radələrində Türkiyənin İzmir vilayətinin Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda partlayış baş verib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
20:11 / 09.11.2026
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Hazırda oxunan: Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Hazırda oxunan: Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
646893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































